Dünya
Moldova Rusiyaya qapıları bağlayır? - Vizasız rejim ləğv oluna bilər
Moldova hakimiyyəti Avropa İttifaqına inteqrasiya prosesini sürətləndirmək məqsədilə Rusiya ilə vizasız rejimin ləğvi imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə Moldova parlamentinin deputatı Boqdan Tsırdya bildirib.
Onun sözlərinə görə, Rusiya ilə vizasız gediş-gəlişin dayandırılması məsələsi hələlik rəsmi səviyyədə açıqlanmasa da, hakim dairələrdə müzakirə olunur.
“Vizasız rejimin ləğvi pərdəarxasında müzakirə edilir. Düşünürəm ki, proses məhz bu istiqamətdə gedir”, - deyə deputat qeyd edib.
Tsırdya bildirib ki, Moldova rəhbərliyi ardıcıl şəkildə Avropa inteqrasiyası kursunu davam etdirir və Moskva ilə mövcud münasibətlərə yenidən baxılması da bu siyasətin tərkib hissəsi hesab olunur.
Bununla yanaşı, Moldova parlamentində 2001-ci ildə imzalanmış Rusiya-Moldova baza müqaviləsinin gələcəyi də müzakirə edilir. Sənədin əsas müddəalarından biri Rusiyanın Moldovanın ərazi bütövlüyünü tanımasıdır.
Müşahidəçilərin fikrincə, rəsmi Kişinyovun atacağı mümkün addımlar Moldova-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinə səbəb ola bilər.
Adəm
-
Magazin122:00Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sosial21:51Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı
-
Sosial21:24Paytaxtın iki rayonunun bir sıra əraziləri qazsız qalacaq
-
Magazin120:36Hadise və Gülşen onu məhkəməyə verir
-
İdman20:12Messi "Hörümçək Adam"la birlikdə uçdu - VİDEO
-
İdman19:12“Qarabağ” 1 milyona onu transfer edəcək - FOTO
-
Sosial18:24"Sovetski"də ev qanunsuz sökülüb? - Rəsmi AÇIQLAMA
-
İqtisadi gündəm18:12Dövlət Agentliyi yerli ərzaqlıq buğda ilə bağlı MƏLUMAT YAYDI























.jpg)









