DÇ-2026: Holannın qolu Norveçi ilk dəfə 1/8 finala çıxardı - YENİLƏNDİ
Bizi izləyin

İdman

DÇ-2026: Holannın qolu Norveçi ilk dəfə 1/8 finala çıxardı - YENİLƏNDİ

DÇ-2026: Holannın qolu Norveçi ilk dəfə 1/8 finala çıxardı - YENİLƏNDİ

Futbol üzrə dünya çempionatında Norveç Fildişi Sahili millisini məğlub edib.

Publika.az xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər .

Norveç komandasında Antonio Nusa (39) və Erlinq Holann (86) fərqləniblər. Afrikalıların hyeətində isə Amad Diallo (74) adını tabloya yazdırıb.

Tarixində ilk dəfə 1/8 finala yüksələn Norveçin rəqibi Braziliya seçməsi olacaq.

22:50

Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda üçüncü qol vurulub.

Publika.az xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar - 2:1.

86-cı dəqiqədə Erlinq Holann fərqlənib.

xxx

22:48

Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında afrikalılar hesabı bərabərləşdiriblər - 1:1.

74-cü dəqiqədə Amad Diallo fərqlənib.

xxx

21:40

Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda ilk qol vurulub.

Publika.az xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesabı açıblar - 1:0.

39-cu dəqiqədə Antonio Nusa fərqlənib.

xxx

21:12

Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyunu başlayıb.

Publika.az xəbər verir ki, 1/16 final mərhələsinin matçı Dallas stadionunda keçirilir.

Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm