Dünya
Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
Türkiyə müvafiq təşəbbüs göstəriləcəyi təqdirdə Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Koreya Respublikasının "JTBC" televiziya kanalına verdiyi müsahibədə bildirib:
"Biz həll yolu axtarışının bir hissəsi olmağa və xahiş olunarsa, qarşı tərəflər arasında davam edən bu prosesi asanlaşdırmağa hazırıq. Beləliklə, tərəflər arasında razılıq əldə olunarsa və ya bizdən boğazın minalardan təmizlənməsi prosesinə töhfə verməyimiz istənilərsə, bunu məmnuniyyətlə edəcəyik".
Fidan Hörmüz boğazının tam açılması perspektivlərindən də danışıb. O diqqətə çatıdırıb ki, əvvəlcə ABŞ və İran arasında danışıqlar nüvə məsələləri ətrafında getsə də, hazırkı vəziyyət Hörmüz boğazının statusunu daha da aktuallaşdırıb.
"Bəzi hesablamalara görə, Hörmüz boğazı daha bir neçə ay bağlı qalarsa, bəzi Afrika ölkələri ərzaq çatışmazlığı ilə üzləşəcək. Bu, hər kəs üçün qlobal kabusa çevriləcək. Buna görə də hər iki tərəf Hörmüz boğazının açılmasına diqqət yetirməyə və daha sonra nüvə danışıqlarına keçməyə can atır", - Fidan vurğulayıb.
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama








.jpg)




.jpg)


















