Dünya
Vəhşi at qalmaqalı böyüyür: Helikopterlərlə məhv, ölüm təhdidləri və etirazlar - FOTOLAR
Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən Snowy Mountains bölgəsində vəhşi atların helikopterlərdən vurularaq məhv edilməsi genişmiqyaslı etirazlara səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, rəsmilər 2027-ci ilə qədər Kosciuszko Milli Parkında vəhşi at sayını 10 mindən 3 minə endirməyi hədəfləyir. Lakin bu qərar həm yerli sakinlər, həm də heyvan haqları müdafiəçiləri tərəfindən sərt şəkildə tənqid olunur.

Mübahisə artıq təkcə ekoloji yox, təhlükəsizlik probleminə də çevrilib. Bəzi akademiklər və əməliyyatı dəstəkləyənlər ölüm təhdidləri aldıqlarını bildirir. Eyni zamanda aktivistlərin helikopter pilotlarına lazer tuşlama, kameraların sıradan çıxarılması kimi müdaxilələr etdiyi iddia olunur.
Əməliyyatı müdafiə edən mütəxəssislər vəhşi atların ekosistemi ciddi şəkildə zədələdiyini bildirir. Onların fikrincə, dırnaqlı və iri heyvanlar torpağı sıxaraq bataqlıq və bitki örtüyünə geri dönməz zərər vurur.

Heyvan haqları müdafiəçiləri isə əməliyyatı “qeyri-insani” adlandırır. Onlar atların öldürülməsi əvəzinə sahibləndirmə və sterilizasiya kimi alternativ üsulların tətbiqini tələb edir.
Məlumata görə, əməliyyata qarşı çıxanların sayı artır və artıq 220 mindən çox imza toplanıb. Sosial şəbəkələrdə də əməliyyatın dayandırılması ilə bağlı çağırışlar edilir.
Müəllif: Roza
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu
-
İKT21 İyul 21:36"Telegram" kriptovalyuta cüzdanını təqdim edəcək
-
Magazin121 İyul 21:24Günel Bakıda villa tikdirir - FOTO













.png)



















