Dünya
Bill Qeytsdən Epşteyn etirafı: Onunla görüşmək böyük səhv idi
“Microsoft”un qurucusu Bill Qeyts Cefri Epşteyn qalmaqalı ilə bağlı ABŞ Konqresinin Nəzarət Komitəsində qapalı iclasda ifadə verib.
Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, Qeyts ifadəsində Epşteynin cinayət xarakterli fəaliyyətlərinə şahid olmadığını bildirib.
O, Epşteynin şəxsi mülklərinə, adasına, fermasına və ya Floridadakı evinə heç vaxt getmədiyini deyib.
Milyarder 2011-ci ildə Epşteyn ilə tanış olduğunu və onun qlobal səhiyyə layihələri üçün böyük maliyyə dəstəyi vəd etdiyini bildirib. Qeyts həmin dövrdə Epşteynin keçmiş hüquqi problemlərindən xəbərdar olsa da, cinayətlərinin miqyasını anlamadığını vurğulayıb.
“Heç kimə zərər verməmişəm və Epşteyn ilə şəxsi münasibət qurmaq istəməmişəm. Görüşlərimizi şəxsi maraqları üçün istifadə etməyə çalışdı. Əslində onunla görüşməməli idim, bu böyük səhv idi”, - deyə Qeyts qeyd edib.
Müəllif: Roza
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi












.jpg)





















