Dünya
NATO Zirvəsi öncəsi Yunanıstandan "emblem oyunu" - FOTO
Yunanıstanın Türkiyəyə qarşı hərbi-diplomatik xəttdə atdığı yeni addım regionda diqqət çəkib.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, Yunanıstan Baş Qərargahı Türkiyə ilə sərhəddə yerləşən 4-cü Korpusa bağlı 29-cu Mexanikləşdirilmiş Piyada Briqadasının emblemində dəyişiklik edib.
Dəyişikliyə əsasən, Qərbi Trakiya xəritəsinə hərbi statusu olmayan Semadirek adası da əlavə olunub. Həmçinin emblem üzərindəki əsgər fiqurunun istiqaməti və görünüşü yenilənib.
Bu addımın 1914-cü il razılaşması ilə silahsızlaşdırılan və Lozanna müqaviləsində də statusu təsdiqlənən Semadirek adasının simvolik şəkildə hərbi sahəyə daxil edilməsi kimi qiymətləndirildiyi bildirilir.
Eyni zamanda, son illərdə Dedeağaç limanının ABŞ və NATO-nun logistik mərkəzlərindən birinə çevrilməsi Semadirek adasının strateji əhəmiyyətini artırıb.
Yunanıstanın bu addımı NATO Zirvəsi ərəfəsində regionda müdafiə siyasətinə dair mesaj kimi dəyərləndirilib.

Müəllif: Roza
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir

































