Dünya
22 ölkə İranla bağlı şok bəyanat yaydı: Bizə hücum edir
ABŞ və Avropa dövlətləri də daxil olmaqla iyirmi iki ölkə İranı ərazilərinə hücumlar təşkil etməkdə ittiham edib.
Publika.az xəbər verir ki, iyunun 11-də dərc olunmuş birgə bəyanatda bildirilir:
“Torpaqlarımızda insanları öldürmək, qaçırmaq, təqib etmək, qorxutmaq və ya başqa şəkildə hücum etmək cəhdləri milli suverenliyi və beynəlxalq normaları sarsıdır. Bu hərəkətlər dərhal dayandırılmalıdır", - deyə Almaniya, Albaniya, Avstraliya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Kanada, Çexiya, Danimarka, Estoniya, Fransa, Finlandiya, İrlandiya, Latviya, Litva, Niderland, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Portuqaliya, İsveç və ABŞ Tehranı hücumları dayandırmağa çağırıb.
Bəyanata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) və onun xaricdəki qolu olan “Qüds Qüvvələri”nin kəşfiyyat xidmətləri İran müxalifətçilərinə, jurnalistlərinə və yəhudi icmalarına qarşı "ölümcül sui-qəsdlər və zərərli fəaliyyətlər" həyata keçirir.
Ölkələr Tehranı İranla əlaqəli "Hərəkat Əshab əl-Yameen əl-İslamiyyə" ("Əli Əshablarının İslam Hərəkatı") qrupu ilə əlaqəli Avropada hücumlar kampaniyasını təşkil etməkdə günahlandırıblar. Qrup əvvəllər Böyük Britaniya, Belçika və Niderlandda yəhudi icmalarına hücumlara və sinaqoqların yandırılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Müəllif: Tural
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...















.jpg)


















