Almaniya Belarus sərhədinə 5 minə yaxın hərbçi göndərir
Bizi izləyin

Dünya

Almaniya Belarus sərhədinə 5 minə yaxın hərbçi göndərir

Almaniya Belarus sərhədinə 5 minə yaxın hərbçi göndərir

Almaniya Belarusla sərhəd yaxınlığında hərbi mövcudluğunu genişləndirir.

Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, hazırda Litvada 1,8 min alman hərbçisi yerləşdirilib və onlar Belarus sərhədi yaxınlığında hərbi təlimlər keçirirlər.

Bildirilir ki, 2027-ci ilin sonunadək bölgədə iki batalyonun daimi əsasda yerləşdirilməsi planlaşdırılır. Bundesverdə (Almaniya Federativ Respublikasının silahlı qüvvələri - red.) qeyd edilib ki, briqadanın tam komplektləşdirilməsi zamanı hərbçilərin məcburi qaydada cəlb olunması variantı da istisna edilmir.

Almaniya Quru Qoşunlarının inspektoru, general-leytenant Kristian Froydinqin sözlərinə görə, əsas məqsəd Litvada yerləşdirilən briqadanın tam döyüş hazırlığına nail olmaqdır.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm