Belçika “Taliban” nümayəndələrinə viza verdi - Aİ ilə danışıqlar başlayır
Bizi izləyin

Dünya

Belçika “Taliban” nümayəndələrinə viza verdi - Aİ ilə danışıqlar başlayır

Belçika “Taliban” nümayəndələrinə viza verdi - Aİ ilə danışıqlar başlayır

Belçika miqrasiya məsələləri ilə bağlı Aİ rəsmiləri ilə danışıqların planlaşdırıldığı Brüsselə səfər etmək üçün “Taliban” nümayəndələrinə beş viza verib.

Publika.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Nümayəndə heyətinin çərşənbə axşamı gəlişi gözlənilir. Vizalar məhdud müddətə - cəmi 24 saata və yalnız Belçika daxilində etibarlıdır.

Belçika Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, icazələr təhlükəsizlik yoxlamalarından sonra verilib və bu yoxlamalar zamanı həmin şəxslərdən təhdid olduğunu göstərən heç bir dəlil aşkar edilməyib.

Səfər, Avropa ölkələri ilə faktiki olaraq Əfqanıstan hakimiyyəti arasında texniki səviyyədə, əsasən miqrasiya məsələləri və cinayət törətmiş və ya AB-də qalmaq hüququ olmayan Əfqanıstan vətəndaşlarının mümkün deportasiyası ilə bağlı ehtiyatlı dialoqun bir hissəsi kimi qiymətləndirilir.

Lakin Aİ 2021-ci ildə Əfqanıstanda hakimiyyətə qayıdan “Taliban”ı rəsmi olaraq tanımır. Avropa Komissiyası əvvəllər hərəkatın nümayəndələri ilə oxşar texniki danışıqlar planlarını təsdiqləmişdi.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm