Yaxın Şərq
ABŞ masaya oturdu: İsrail və Livan arasında yeni sülh raundu başlayır
ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında növbəti danışıqlar raundu bu gün başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.
Bildirilib ki, danışıqlar çərçivəsində həm siyasi, həm də hərbi məsələlər üzrə görüşlər keçiriləcək. ABŞ tərəfi əsas məqsədin regionda zorakılıq dövrünə son qoymaq olduğunu açıqlayıb.
“Biz İsrail və Livana iki suveren dövlət kimi danışıqlar aparmaq və sülh, təhlükəsizlik yolunu tapmaq imkanı yaradırıq”, - deyə Dövlət Departamentinin rəsmisi bildirib.
Məlumata görə, proses birgə hərbi-siyasi sessiya ilə başlayacaq, daha sonra hərbi görüş keçiriləcək və yekunda siyasi danışıqlar raundu baş tutacaq. ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin müşaviri Den Holler və müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Daniel Zimmermann rəhbərlik edəcək.
Vaşinqton vurğulayıb ki, tərəflər arasında hərtərəfli sülh və təhlükəsizlik sazişinin əldə olunması məqsədilə danışıqlar davam etdiriləcək.
Qeyd edək ki, yeni raund Livanda həssas atəşkəs fonunda keçirilir. Məlumata görə, bölgədə baş verən pozuntular vəziyyəti yenidən gərginləşdirə və diplomatik proseslərə təsir göstərə bilər.
Müəllif: Adəm
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...






.jpg)



























.jpg)

