Yaxın Şərq
ABŞ və İran dörd işçi qrup yaratdı: Növbəti mərhələyə hazırlıq başa çatdı
İran və ABŞ İsveçrədə keçirilən danışıqların yekununda əməkdaşlığın davam etdirilməsi üçün dörd xüsusi işçi qrupun yaradılması barədə razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi “Press TV”yə bildirib.
Onun sözlərinə görə, yaradılan qruplar sanksiyaların dayandırılması, nüvə məsələləri, yenidənqurma və iqtisadi inkişaf, eləcə də əldə olunan razılaşmaların monitorinqi və icrası istiqamətlərində fəaliyyət göstərəcək.
Bundan əlavə, Tehran və Vaşinqton memorandum iştirakçısı olan ölkələr üçün əlaqələndirmə mərkəzinin yaradılması barədə də razılığa gəlib. Məqsəd Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etməkdir.
Məlumata görə, Livan üzrə ayrıca deeskalasiya qrupu da formalaşdırılıb.
Qaribabadi qeyd edib ki, tərəflər artıq danışıqların növbəti yüksək səviyyəli mərhələsinə hazırlığı yekunlaşdırıblar. Görüşdə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, həmçinin Pakistanın baş naziri Şahbaz Şərif və Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani iştirak edəcəklər.
Müəllif: Adəm
-
Magazin122:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı














.jpg)




.jpg)
.jpg)


















