Sosial
Onlayn qumarla bağlı cəzalar sərtləşdirilir
Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olacaq.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin, layihəyə əsasən, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədilməsinə görə də cəzalar sərtləşdirilir.
Belə ki, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;
- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda nəzərdə tutulan əməllər on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
-
Ekopublika.az08:49Paytaxtda ev almaq istəyənlərin diqqətinə: qiymətlər kəskin dəyişəcək











.jpg)
























