Dünya
Ukraynada əsir düşən Şimali Koreya əsgərləri Cənubi Koreyada qəbul edilə bilər
Cənubi Koreya Ukraynada əsir düşərək saxlanılan və Rusiya tərəfində döyüşdüyü iddia edilən Şimali Koreya hərbçilərini qəbul etməyə hazır olduğunu açıqlayıb.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əgər həmin şəxslər öz istəyi ilə Cənubi Koreyaya getmək istəsələr, onların qəbul olunması mümkündür. Seul həmçinin məcburi repatriasiyanın - yəni onların Rusiya və ya Şimali Koreyaya geri qaytarılmasının əleyhinə olduğunu vurğulayıb.
Nazirliyin mövqeyinə görə, hərbi əsirlərin gələcək taleyi yalnız könüllü seçim əsasında müəyyən edilməlidir.
Qeyd olunur ki, Cənubi Koreya və Ukrayna arasında bu mövzuda danışıqların 30 iyunda Seulda keçirilməsi planlaşdırılır.
Adəm
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf















.jpg)


















