Almaniya Türkiyə ilə ittifaq axtarışında - Fransa ilə fikir ayrılığı böyüyür
Bizi izləyin

Dünya

Almaniya Türkiyə ilə ittifaq axtarışında - Fransa ilə fikir ayrılığı böyüyür

Almaniya Türkiyə ilə ittifaq axtarışında - Fransa ilə fikir ayrılığı böyüyür

Almaniya Avropa İttifaqının yeni sənaye siyasəti mövzusunda Türkiyə ilə daha yaxın əməkdaşlıq qurmağı hədəfləyir.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Berlin ABŞ-ın ticarət təzyiqləri və qlobal bazar dəyişiklikləri fonunda Türkiyəni Avropa istehsal zəncirinin əsas hissəsi kimi görür.

Məlumata əsasən, Almaniya Fransa ilə “Aİ-də istehsal edildi” modeli əvəzinə “Avropa ilə istehsal edildi” yanaşmasını dəstəkləyir. Bu model Türkiyə kimi Aİ ilə sıx ticarət əlaqələri olan ölkələrin də Avropa sənaye sisteminə inteqrasiya olunmasını nəzərdə tutur.

Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxenin Ankara səfəri və apardığı görüşlər zamanı Türkiyənin Avropa sənayesindəki rolunun xüsusi vurğulandığı qeyd edilir. Məlumata görə, Almaniya Türkiyəni təkcə ixrac bazarı deyil, həm də istehsal və təchizat zəncirinin strateji hissəsi kimi qiymətləndirir.

Bildirilib ki, Fransa isə daha proteksionist yanaşma ilə yalnız Aİ daxilində istehsalı prioritet hesab edir. Bu isə Berlin və Paris arasında sənaye siyasəti üzrə fikir ayrılıqlarını daha da dərinləşdirir.

Almaniyanın mövqeyinə görə, Türkiyə ilə əməkdaşlıq Avropanın qlobal rəqabətdə gücünü artıracaq və mövcud təchizat zəncirlərinin qorunmasına imkan verəcək.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm