Sosial
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Şamaxıda məktəb direktoruna hücum edən şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində A.Alxanov adına orta məktəbdə baş verib.
1982-ci il təvəllüdlü Elxan Ağayev həyat yoldaşı ilə məktəbə daxil olaraq direktor Gülnurə Babaşovaya hücum edib, kabinetini dağıdaraq oradakı marker qabını onun üzərinə atıb, nəticədə, baş nahiyəsinə xəsarət yetirib. Həmçinin uca səslə təhqiramiz ifadələr işlədərək məktəbin iş rejimini pozub.
Bildirilib ki, hadisədən bir müddət əvvəl Elxan həyat yoldaşının orta məktəbdə texniki işçi vəzifəsinə təyin olunması üçün müxtəlif qurumlara müraciət edib. Lakin G.Babaşova Elxanın pis vərdişlərinin olduğunu və aqressiv şəxs kimi tanındığını iddia edərək onun arvadını işə götürməkdən imtina edib. Bunu öyrənən 44 yaşlı kişi məktəbə hücum edərək direktorla münaqişə yaradıb.
Faktla bağlı Şamaxı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə açılmış iş baxılması üçün məhkəməyə göndərilib.
Məktəb direktoru məhkəmədən ona cəza verilməsini istəyib. Lakin məhkəmə Elxanın ilk dəfə cinayət törətməsini, azyaşlı övladlarını və digər halları nəzərə alaraq, sınaq müddəti verilməklə şərti cəza təyin edib.
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər













.jpg)



















.jpg)
