Dünya
Şayiə ölümə çevrildi: Polis bölməsindən çıxarıb diri-diri yandırdılar
Nigeriyada şayiələr əsasında baş verən dəhşətli hadisə ölkədə rezonans doğurub.
Publika.az xəbər verir ki, iki uşaq anası olan qadın Kaduna ştatının Maraban-Cos rayonunda İslam mövzusunda keçirilən mühazirəyə gedərkən bir qrup yeniyetmə tərəfindən əsassız şəkildə uşaq oğurluğunda ittiham olunub.
Hadisə yerinə toplaşan kütlə qadını döyüb. Polis əməkdaşları onu xilas edərək bölməyə aparmağa nail olublar.
Lakin bir neçə saat sonra yüzlərlə gənc polis bölməsini mühasirəyə alıb, içəri daxil olaraq qadını zorla çıxarıb və küçədə diri-diri yandırıb.
Qarşıdurma zamanı polis xəbərdarlıq atəşi açıb. İğtişaşlar nəticəsində bir nəfərin yaralandığı bildirilir.
Hüquq-mühafizə orqanları hadisəni “vəhşi cinayət və qanunun aliliyinə birbaşa hücum” adlandırıb. Bir neçə şübhəli artıq saxlanılıb, digər şəxslərin axtarışı davam edir.
Adəm
-
Rəsmi xronika17:29İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI
-
Sosial17:10Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
-
Avropa16:27Kəşfiyyatdan sensasion iddia: Rusiya bu ölkələrdə təxribat hazırlayır
-
Rəsmi xronika15:17Prezidentlər Şuşada birgə nahar etdi
-
Rəsmi xronika14:57İlham Əliyev və Berdiməhəmmədov Bülbülün ev-muzeyində olublar - FOTO
-
İdman14:34“Qarabağ”ın potensial rəqibi məşhur futbolçunu alır
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur



































