SEPAH-dan Hörmüzlə bağlı xəbərdarlıq: Biz nə deyiriksə, o da olacaq
Bizi izləyin

Dünya

SEPAH-dan Hörmüzlə bağlı xəbərdarlıq: Biz nə deyiriksə, o da olacaq

SEPAH-dan Hörmüzlə bağlı xəbərdarlıq: Biz nə deyiriksə, o da olacaq

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında İranla əlaqələndirilməyən yeni marşrutlardan istifadə edən gəmilərə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin açıqlamasına görə, Hörmüz boğazından təhlükəsiz keçid yalnız Tehran administrasiyası tərəfindən təsdiqlənmiş marşrutlar vasitəsilə mümkündür.

Bildirilib ki, İranın xəbəri və ya koordinasiyası olmadan strateji su yolunda elan edilən hər hansı yeni marşrut "qəbuledilməz" və "təhlükəlidir".

Bəyanatda vurğulanıb ki, yalnız İran tərəfindən elan edilən marşrut Hörmüz boğazından keçid üçün icazəlidir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm