Dünya
"Qarabağ"ın futbolçusu "Strasburq"a keçir? - Rəsmi AÇIQLAMA
Fransanın "Strasburq" klubunda baxışda olan "Qarabağ"ın futbolçusu Əli Bəşirovun karyerası ilə bağlı növbəti addımların necə olacağını zaman göstərəcək.
Bu barədə Publika.az-a Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov açıqlama verib.
O, hazırda "Qarabağ"ın əsas komandasının düşərgəsində olan 16 yaşlı vinger haqqında danışıb:
"Əli Bəşirov Fransanın "Strasburq" klubunda təcrübə proqramından keçdi. Onlar da oyunçu ilə tanış oldular. Əli Bəşirovun 18 yaşı olmasına 2 ildən çox vaxt var. Hazırda keçidi müzakirə olunmur, bu, daha çox qarşılıqlı tanışlıq prosesidir. Növbəti addımların necə olacağını vaxt göstərəcək".
Qeyd edək ki, Əli Bəşirov Fransanın "Strasburq" klubunda iki həftəlik təcrübə keçib. 16 yaşlı futbolçu bu müddətdə klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.
-
Dəb05:1580-ci illərin trendi payızda dəbə qayıdır
-
Region01:41Türkiyədə polis bölməsinin həyətinə naməlum PUA DÜŞDÜ
-
Qoroskop00:30Günün ULDUZ FALI - Cazibənizlə hər kəsin diqqətini çəkəcəksiniz
-
MDB18 Avqust 22:48Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
İdman18 Avqust 22:24"Barselona" "Qızıl top" mükafatının sahibini transfer etdi
-
Avropa18 Avqust 22:12Almaniyada sosial fəlakət baş verdi
-
Sosial18 Avqust 21:48Vəkil Elşad Məmmədov həbs edildi - YENİLƏNDİ
-
İdman18 Avqust 21:36İki arvad saxlamağın bədəli: Həsənin uşaqları saçyoldusuna çıxdılar - VİDEO































