Dünya
İsrail İranın bu iki rəhbər şəxsini öldürmək istəyirmiş: ABŞ xəbər çatdırıb
İddiaya görə, Vaşinqton İsrailin İranın yüksək vəzifəli şəxslərinə qarşı mümkün sui-qəsd planları barədə Tehranı dolayı kanallar vasitəsilə xəbərdar edib.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilib ki, Tramp administrasiyası İranla diplomatik danışıqların davam etdiyi bir vaxtda İsrailin İranın əsas danışıqlar aparan fiqurlarını hədəfə alacağından narahat olub. Xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Bağır Qalibafa qarşı mümkün planlara etiraz edildiyi qeyd olunur.
Məlumata görə, ABŞ bu səbəbdən yaz aylarında vasitəçilər üzərindən Tehrana İsrailin niyyətləri barədə xəbərdarlıq göndərib, eyni zamanda İsrail tərəfinə İran siyasi rəhbərliyinə qarşı sui-qəsdlərdən çəkinmək mesajı verib.
Rəsmilərdən biri “Bu şəxslər öldürülsə, daha praqmatik tərəflər də aradan qalxar” deyə bildirib.
Analitiklər isə bu addımın ABŞ və İsrail arasında İran siyasəti ilə bağlı fikir ayrılıqlarını üzə çıxardığını vurğulayır. Məlumata görə, tərəflər əvvəlcə İranla bağlı daha sərt xəttdə ortaq mövqe nümayiş etdirsələr də, sonradan hədəflərdə fərqlilik yaranıb.
Müəllif: Roza
-
Hadisə19:50Milli Yaylaq Festivalında səhnə aşdı - Xəsarət alanlar var(FOTOLAR)
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."


















.jpg)













