Dünya
Şəhərlərdə təmizləmə əməliyyatları - Ordu vəziyyəti nəzarət altına aldı
Mali Silahlı Qüvvələri ölkənin bir sıra şəhərlərində baş verən terror aktlarından sonra vəziyyəti nəzarət altına alıb.
Publika.az xəbər verir ki, bu məqamda ölkənin hərbi rəhbərliyi bəyanat yayıb.
Mali Silahlı Qüvvələrinin rəsmi açıqlamasına görə, bütün hücumlar qətiyyətlə dəf edilib. Hərbi administrasiya həmçinin qeyd edib ki, quru hava şəraiti və aviasiyanın köməyi sayəsində Mali ordusu bir sıra şəhərlərdə təmizləmə əməliyyatlarını davam etdirir.
Xatırladaq ki, aprelin 28-də "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəli olan "Camaat Nusrat əl-İslam vəl-Müslimin" (JNIM) qruplaşması Malinin paytaxtı Bamako şəhərini "tam mühasirəyə" aldıqlarını elan edib.
Hüseyn İbadlı
-
ABŞ09:27"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi


































