Venesuelada fəlakət qurbanlarının sayı 3 535 nəfərə çatdı - Yeniləndi
Bizi izləyin

Dünya

Venesuelada fəlakət qurbanlarının sayı 3 535 nəfərə çatdı - Yeniləndi

Venesuelada fəlakət qurbanlarının sayı 3 535 nəfərə çatdı - Yeniləndi

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3 535 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriqes öz "Telegram" kanalında yayıb.

Məlumata görə, 16 740 nəfər yaralanıb, 17 854 nəfər evsiz qalıb, 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 25 016 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə keçib, 86 794 ailəyə yardım göstərilib, zərərçəkənlərə 9 603 ton ərzaq çatdırılıb.

***

İyunun 24-də Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2954 nəfərə çatıb, 16 min 592 yaralı var.

Publika.az xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Kommunikasiya Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 16 min 309 nəfər evsiz qalıb, 856 nəfərə ciddi ziyan dəyib.

Axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib, 86 min 794 ailəyə yardım göstərilib və zərərçəkənlərə 9486 ton ərzaq paylanıb.

Xatırladaq ki, Venesuelada iyunun 24-ü axşam 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm