Dünya
Türkiyədən İsrailə sərt reaksiya: Dünya artıq inanmır
Türkiyə Xarici İşlər Nazirliyi İsrail rəsmilərinin son günlər Ankara ilə bağlı səsləndirdiyi iddiaları koordinasiyalı dezinformasiya kampaniyasının tərkib hissəsi adlandırıb.
Publika.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun hökuməti ünvanlarına səslənən tənqidləri qəsdən təhrif edir, sistemli təbliğat vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır.
Bəyanatda vurğulanıb ki, bu cəhdlər artıq beynəlxalq ictimaiyyəti inandıra bilmir və Netanyahu hökumətinin Qəzzada törətdiyi soyqırımı, eləcə də bölgədə həyata keçirdiyi işğal və ilhaq siyasətini gizlətmək mümkün deyil.
Türkiyə bölgədə bütün ölkələrin və xalqların sülh, sabitlik və rifah şəraitində yaşamasının tərəfdarı olduğunu bildirərək, İsraili konstruktiv və sülhpərvər siyasət yürütməyə çağırıb.
Nazirlik bəyanatını "Türkiyə olaraq həqiqətləri söyləməyə davam edəcəyik" mesajı ilə yekunlaşdırıb.
Müəllif: Roza
-
Dünya15:21Tramp Ankaraya özü ilə tualetini də gətirdi: Yeməyi ona kimlər verəcək?
-
MDB15:03Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
-
Nida Xəbər 14:26Generala yüksək vəzifə verildi
-
Ekologiya13:13Sabah yağış yağacaq - PROQNOZ
-
Dünya12:36Trampın Ərdoğana Ankarada hansı “xoş xəbər”i çatdıracağı bəlli oldu
-
Nida Xəbər 10:45Rüşvətlə hərbi xidmətdən yayındırma: İş məhkəməyə göndərildi
-
ABŞ10:18ABŞ-da Müstəqillik Günü qeyd edilərkən qan su yerinə axıb: 100 ölü, 340 yaralı
-
Dünya09:48Hər bürcün həyatının tamamilə dəyişdiyi yaş - Astroloqlar açıqladı














_(1).jpg)













.jpg)






