Dünya
Özbəkistan əlifbasını dəyişir: Parlament latın qrafikasına keçidi təsdiqlədi
Özbəkistan parlamentinin Qanunvericilik Palatası yenilənmiş latın qrafikalı özbək əlifbasına mərhələli keçidi nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsinə əsasən, yeni özbək əlifbası hazırkı 26 hərf və üç hərf birləşməsi əvəzinə 28 hərf və bir apostrofdan ibarət olacaq. Bununla belə, ümumi qrafik işarələrin sayı dəyişməyərək 29 olaraq qalacaq.
Parlament bildirir ki, yenilənmiş əlifba ümumtürk əlifbasının prinsiplərinə və digər türkdilli ölkələrin təcrübəsinə uyğundur.
Dəyişikliklərə əsasən, o', g', sh və ch hərf birləşmələri ayrıca hərflərlə əvəz olunacaq. Layihə müəlliflərinin fikrincə, bu yenilik orfoqrafiya qaydalarının təkmilləşdirilməsinə və dövlət dilinin, xüsusilə də rəqəmsal mühitdə istifadəsinin genişlənməsinə imkan verəcək.
Yeni əlifbaya keçid mərhələli şəkildə həyata keçiriləcək. Dəyişikliklər dərsliklərin növbəti nəşrlərində, pasport və digər sənədlərdə onların etibarlılıq müddəti başa çatdıqca, pul nişanları və lövhələrdə isə təbii yenilənmə prosesi çərçivəsində tətbiq ediləcək.
Qüvvədə olan sənədlər və məhsullar vaxtından əvvəl dəyişdirilməyəcək. Bu isə əlavə büdcə xərclərinin qarşısını almağa imkan verəcək.
Qeyd edək ki, Özbəkistanda 2023-cü il yanvarın 1-dən etibarən bütün dövlət və özəl qurumlar kargüzarlıqda, toponimlərdə, kütləvi informasiya vasitələrində və reklam sahəsində latın qrafikasından istifadə etməyə borcludur. Prezident Şavkat Mirziyoyev həmin ilin oktyabrında hökumətə latın qrafikasına keçidin tamamlanması üçün işçi qrupunun yaradılması barədə tapşırıq vermişdi.
-
Sosial18:12Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı - FOTO
-
Dünya17:49Zelenski Azərbaycana təşəkkür etdi
-
Rəsmi xronika16:08Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
-
Dünya15:21Tramp Ankaraya özü ilə tualetini də gətirdi: Yeməyi ona kimlər verəcək?
-
MDB15:03Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
-
Nida Xəbər 14:26Generala yüksək vəzifə verildi
-
Ekologiya13:13Sabah yağış yağacaq - PROQNOZ
-
Dünya12:36Trampın Ərdoğana Ankarada hansı “xoş xəbər”i çatdıracağı bəlli oldu











.jpg)

.jpg)












.jpg)






