Dünya
Hörmüz boğazında yalnız bu ölkələrə güzəşt tətbiq olunacaq
İran Hörmüz boğazından keçidlə bağlı Çin və digər dost hesab etdiyi ölkələrə xüsusi imtiyazlar verməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehran uzun müddətdir Hörmüz boğazından keçən gəmilərdən xidmət haqqı alınmasını və keçidlərin İranın razılığı əsasında həyata keçirilməsini nəzərdən keçirir. Bu sistem çərçivəsində Çin və İranın dost hesab etdiyi digər ölkələr üçün xüsusi güzəştlərin tətbiqi mümkün sayılır.
Məqalədə İranın Çindəki səfiri Əbdürrza Rəhmani Fəzlinin Pekində verdiyi açıqlamaya da yer verilib. Diplomat bildirib ki, İran Hörmüz boğazından keçən gəmilərdən xidmət haqqı almağı planlaşdırır. Bununla yanaşı, Çin və digər dost ölkələr üçün bu ödənişlərlə bağlı xüsusi yanaşmanın tətbiq oluna biləcəyini də qeyd edib.
Müəllif: Roza
-
Sosial18:12Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı - FOTO
-
Dünya17:49Zelenski Azərbaycana təşəkkür etdi
-
Rəsmi xronika16:08Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
-
Dünya15:21Tramp Ankaraya özü ilə tualetini də gətirdi: Yeməyi ona kimlər verəcək?
-
MDB15:03Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
-
Nida Xəbər 14:26Generala yüksək vəzifə verildi
-
Ekologiya13:13Sabah yağış yağacaq - PROQNOZ
-
Dünya12:36Trampın Ərdoğana Ankarada hansı “xoş xəbər”i çatdıracağı bəlli oldu
















.jpg)












.jpg)






