Zelenski Azərbaycana təşəkkür etdi
Bizi izləyin

Dünya

Zelenski Azərbaycana təşəkkür etdi

Zelenski Azərbaycana təşəkkür etdi

Ukrayna prezidenti Vladimir Zelenski müdafiə sektorundakı dəstəyə görə Azərbaycana təşəkkür edib.

Publika.az xəbər verir ki, Zelenski bu barədə NATO sammiti çərçivəsində Ankarada Müdafiə Sənayesi Forumunda danışıb.

“Müdafiə sektorunda Ukrayna ilə əməkdaşlıq edən hər bir ölkə liderinə və hər bir şirkətə təşəkkür edirəm. Avropa İttifaqı, Türkiyə, NATO ölkələri, eləcə də Azərbaycan və Fars körfəzi dövlətləri kimi ölkələr bizim güclü tərəfdaşlarımızdır. Ümid edirəm ki, əməkdaşlığımız ölkələrimizin təhdidlərə qarşı etibarlı müdafiəsini təmin edəcək”, - Zelenski qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm