Tramp Türkiyəyə pis əhval-ruhiyyədə gəlir: Ankarada dava-dalaş gözlənilir
Bizi izləyin

Dünya

Tramp Türkiyəyə pis əhval-ruhiyyədə gəlir: Ankarada dava-dalaş gözlənilir

Tramp Türkiyəyə pis əhval-ruhiyyədə gəlir: Ankarada dava-dalaş gözlənilir

ABŞ Prezidenti Donald Tramp NATO sammitinə "pis əhval-ruhiyyədə" gedir və tədbirin rahat keçəcəyinə dair heç bir zəmanət yoxdur.

Publika.az xəbər verir ki, bu iddia ilə CNN rəsmilərə istinadən çıxış edib.

Həmsöhbətlər bildiriblər ki, "prezidentin xoşagəlməz əhval-ruhiyyəsini nəzərə alsaq, sammitin rahat keçəcəyinə əmin ola bilməzlər".

Məqalədə qeyd edilib ki, Tramp "qapalı qapılar arxasında NATO-nun dəstəyinin olmamasından qəzəblə şikayətlənib və bu ritorika onun ictimai açıqlamalarında öz əksini tapıb".

CNN-in məlumatına görə, bu arada, Avropa liderləri Trampın qəzəbini yatırmaq üçün yeni müdafiə vədləri verməyi planlaşdıraraq Ankarada böyük münaqişə olmadan görüşə ümid edirlər.

7-8 iyul tarixlərində Ankarada növbəti NATO sammiti keçirilir və alyansın avropalı üzvləri Amerika prezidenti ilə itirilmiş dostluq münasibətlərini bərpa etməyə ümid edirlər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm