Türkiyəyə Rusiya ilə müqaviləni pozmaq təklif edildi
Bizi izləyin

Dünya

Türkiyəyə Rusiya ilə müqaviləni pozmaq təklif edildi

Türkiyəyə Rusiya ilə müqaviləni pozmaq təklif edildi

Türkiyəyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə vermək və ya ABŞ ilə birgə saxlamaq təklif edilib.

Publika.az xəbər verir ki, bu barədə "Military Watch Magazine" məlumat yayıb.

Nəşrin yazdığına görə, müzakirə olunan variantlardan biri Türkiyənin S-400 batareyalarını üçüncü ölkəyə təhvil verməsi, digəri isə onların ABŞ Hərbi Hava Qüvvələri ilə birgə saxlanılmasıdır.

Bildirilir ki, Rusiya müasir silahların son istifadəçisi ilə bağlı müqavilə şərtlərinin pozula biləcəyi barədə Ankaranı xəbərdar edib.

Məqalədə qeyd olunub ki, Qərbdə daha əvvəl də Türkiyənin S-400 sistemlərini Ukraynaya satması ilə bağlı çağırışlar səsləndirilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Vaşinqtonun Türkiyənin 2020-ci ildə S-400 sistemlərini almasına görə tətbiq etdiyi sanksiyaları ləğv edəcəyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm