Yaxın Şərq
Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışına qarşı ,ıxış edib.
Daha əvvəl NATO sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp Ankaraya F-35 təyyarələrinin tədarükünün mümkünlüyünü açıqlamışdı.
Publika.az xəbər verir ki, Netanyahu CNN-ə verdiyi müsahibədə bildirib ki, bu, Yaxın Şərqdə güc balansını pozacaq:
“Çünki mənim fikrimcə, Türkiyənin aqressiv istəkləri var. Onlar açıq şəkildə Osmanlı İmperiyasını bərpa etmək istədikləri barədə danışırlar".
O xatırladıb ki, Osmanlı İmperiyası təkcə müasir Türkiyənin ərazisini deyil, həm də bir çox başqa ölkələri: Suriyanı, İordaniyanın bir hissəsini, müasir İsrailin bütün ərazisini, eləcə də bəzi Fars körfəzi dövlətlərini əhatə edirdi.
"Buna görə də, mənim fikrimcə, bu, sülhü və sabitliyi təşviq edən qüvvə növü deyil. Əgər belə bir radikal rejimə - əlbəttə ki, Amerikaya və ya ABŞ prezidentinə istədiyi zaman gülümsəyən rejimə - belə bir səlahiyyət versəniz, sonradan təcavüz görəcəksiz. Mən bunu etməzdim", - İsrailin baş naziri bildirib.
Türkiyə 2019-cu ildə Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərini əldə etməsindən sonra F-35 proqramından çıxarılıb.
Müəllif: Tural
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı







































