Yaxın Şərq
Türkiyə ilə tarixi sövdələşmə - Pentaqon rəhbəri məsələni çözmək üçün İsrailə gedir
ABŞ-ın müharibə naziri Pit Heqset iyulun 8-də ilk dəfə İsrailə səfər etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, səfərin məqsədlərindən biri Türkiyəyə beşinci nəsil ABŞ "F-35" stels-qırıcılarının potensial satışı ilə bağlı İsrailin narahatlığını aradan qaldırmaq cəhdidir. Vurğulanıb ki, ABŞ Prezidenti Donald Tramp bu sövdələşməni Ankarada keçirilən NATO sammitində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.
CNN qeyd edib ki, ABŞ Silahlı Qüvvələrinin İrana endirdiyi zərbələrin İsrailə səfər planlarına təsir edib-etməyəcəyi hələlik məlum deyil. Hazırda Pentaqonun rəhbəri ABŞ Prezidenti Donald Trampla birlikdə Türkiyədə keçirilən Şimali Atlantika Alyansının sammitindədir.
Bundan əvvəl Tramp bildirmişdi ki, ABŞ Rusiyanın "S-400" zenit-raket komplekslərinin alınması səbəbindən Türkiyəyə qarşı tətbiq edilən birtərəfli sanksiyaları ləğv etmək niyyətindədir.
İyunun sonunda "Euractiv" portalı kəşfiyyat mənbələrinə istinadla yazıb ki, Türkiyə beşinci nəsil "F-35" qırıcılarının istehsalı proqramına qayıtmaq və onların ABŞ-dan alınması ilə bağlı sövdələşməni başa çatdırmaq üçün Rusiyanın "S-400" zenit-raket komplekslərini Cənubi Koreyaya sata bilər. Nəşrdə qeyd olunub ki, bu qərar iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitində qəbul edilə bilər.
Hüseyn İbadlı
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı
-
Hadisə12:21Eks-icra başçısı və xanımı məhkəmədə ifadə verdilər








































