Dünya
Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
Dünyada təxminən 160 milyon uşaq xroniki qidalanma çatışmazlığı səbəbindən boy artımının ləngiməsindən əziyyət çəkir. Hər 10 saniyədə isə bir uşaq aclıq və ya onun yaratdığı xəstəliklər səbəbindən həyatını itirir.
Publika.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiyadakı Əlaqələndirmə Ofisinin direktoru Oleq Kobyakov TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, ildə təxminən 3 milyon uşağın ölümü deməkdir. Kobyakov bildirib ki, uşaqlar həyatlarının ilk illərində kifayət qədər qidalanmadıqda, onların fiziki inkişafı və idrak qabiliyyətlərinə dəyən zərər sonradan bərpa olunmur.
BMT nümayəndəsi qeyd edib ki, son illərdə müəyyən irəliləyişlər də qeydə alınıb. Belə ki, altı aya qədər yalnız ana südü ilə qidalanan körpələrin sayı artıb, reproduktiv yaşda olan qadınlar arasında dəmir çatışmazlığı ilə bağlı anemiya halları isə azalıb.
Kobyakovun sözlərinə görə, 2000-2024-cü illər ərzində uşaq ölümü göstəricisi yarıdan çox azalsa da, 2025-ci ildə də vəziyyət narahatedici olaraq qalır. Ötən il dünyada 5 yaşına çatmamış 4,8 milyon uşaq həyatını itirib ki, bu da orta hesabla hər 6 saniyədə bir uşağın ölümü deməkdir.
BMT 2030-cu ilə qədər dünyada aclığın aradan qaldırılmasını Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri kimi müəyyən edib.
-
ABŞ18:20ABŞ İranın Xarq adasını nəzarətə götürür? - Tramp bu axşam yeni zərbələr endiriləcəyini elan etdi
-
Dünya17:16Bu gecə İrana çox sərt zərbə endirəcəyik - Tramp
-
Rəsmi xronika15:34İlham Əliyev fərman imzaladı
-
Qoroskop15:30Bu bürclər iyulda əsl eşqi tapacaq
-
Dünya15:12Trampı Türkiyədə raketlə vuraq - İranlı deputatdan şok çağırış
-
Nida Xəbər 14:28Zakir Həsənov onları təltif etdi - FOTO
-
Dünya13:20Tramp Ankarada elan etdi: İranla atəşkəs bitdi
-
Dünya12:38Ankarada şam yeməyində Trampın kefi kök olub – Mertsin həyat yoldaşı ilə...































.jpg)





