Dünya
Ankarada Avropanın əldən verdiyi fürsət: ABŞ detalları açıqladı
Ankarada keçirilən NATO sammitində Avropa blok daxilində liderliyi ələ almaq qabiliyyətini nümayiş etdirmək fürsətini əldən verdi. Bunun əvəzinə, Aİ ölkələri gizlicə silah almağa razı oldular.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalder "Politico" üçün yazdığı köşədə bildirib.
O, alyansın liderlərinin Donald Trampın ABŞ prezidenti olduğu müddətcə bu görüşlərin səyləri dəyməyəcəyini hiss etdiklərini vurğulayıb.
Keçmiş diplomatın sözlərinə görə, NATO-nun baş katibi Mark Rutte Avropanın müdafiə proseslərində əsas rol oynaması üçün strategiya müəyyən etmək əvəzinə, Trampı razı salmağa çalışaraq çox enerji sərf edir.
“Məsələn, Aİ ABŞ-ın ittifaqdan çıxa biləcəyi qüvvələri bərpa etmək üçün bir plan hazırlamalıdır”, - deyə o qeyd edib.
Daalder yekun olaraq bildirib ki, yeni reallıq budur ki, ABŞ artıq etibarlı müttəfiq deyil. Hətta yeni prezident NATO-ya sadiqliyini təsdiqləsə belə, Avropa öz müdafiəsi üçün daha böyük məsuliyyət daşımalıdır".
Müəllif: Tural
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu
-
Yaxın Şərq07:30Üç ölkə hərəkətə keçdi - Yeni sülh masası qurula bilər
-
Ekologiya07:17Bu günə olan hava PROQNOZU
-
İdman06:46Yamalın qeyri-adi aksesuarları: Çantasının üzərində görün nələr var - FOTO
-
Magazin106:16Nura Suri çimərlik geyimində - FOTO






































