Friden Trampı qınadı: Rusiyanın nazı ilə çox oynayırsan
Bizi izləyin

Dünya

Friden Trampı qınadı: Rusiyanın nazı ilə çox oynayırsan

Friden Trampı qınadı: Rusiyanın nazı ilə çox oynayırsan

Lüksemburqun Baş naziri Lük Friden ABŞ prezidenti Donald Trampı Moskva ilə Kiyev arasında potensial danışıqlarla bağlı vəziyyəti səhv qiymətləndirməkdə günahlandırıb.

Publika.az xəbər verir ki, onun sözləri “RedaktionsNetzwerk Deutschland” ( RND ) tərəfindən sitat gətirilib.

"Əlbəttə ki, mən də Ukraynada sülhə ümid edirəm . Amma ümidlə reallıq arasında böyük fərq var", - deyə Friden bildirib.

O bildirib ki, ABŞ Kremli danışıqlara getməyə "inandırmağa çalışsa da", Rusiya iddialarına görə hələ də davamlı sülh üçün ciddi danışıqlara maraq göstərməyib.

8 iyulda ABŞ Prezidenti Donald Tramp son həftələrdə münaqişənin həlli istiqamətində yaxşı irəliləyiş əldə edildiyini bildirdi. Tram əlavə etdi ki, hər iki tərəf münaqişənin həllini görmək istəyir və razılaşmanın əldə olunacağına ümid edir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm