Əraqçidən Trampın Hörmüz boğazı ilə bağlı planlarına reaksiya
Bizi izləyin

Dünya

Əraqçidən Trampın Hörmüz boğazı ilə bağlı planlarına reaksiya

Əraqçidən Trampın Hörmüz boğazı ilə bağlı planlarına reaksiya

Tehran Hörmüz boğazına nəzarətdən heç vaxt imtina etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşım edib.

“İran həmişə boğazın keşikçisi olub və əbədi olaraq belə qalacaq”, - deyə Əraqçi qeyd edib.

Bununla da o, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi məsuliyyətini öz üzərinə götürəcəyi barədə fikirlərinə cavab verib. Əraqçi Trampın boğazdan təhlükəsiz keçid üçün ödəniş almaq istəyinə də reaksiya verib. O qeyd edib ki, ABŞ lideri ödəniş məsələsində haqlı olsa da, yükün dəyərinin 20 faizi həcmində rüsum müəyyənləşdirilməsi yüksək göstəricidir. Əraqçinin fikrincə, "İran isə daha ədalətli qiymət müəyyən edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm