Dünya
BƏƏ və SEPAH-dan Hörmüzdə hücuma məruz qalan gəmilərlə bağlı açıqlama - 1 ölü, 8 yaralı var
BƏƏ-nin Müdafiə Nazirliyi Omanın ərazi sularında, Hörmüz boğazının cənubunda "Mombasa" və "Al-Bahiyah" tankerlərinə İranın qanadlı raketlərinin hücumu ilə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, məlumata görə, hücum nəticəsində "Mombasa" tankerinin bir heyət üzvü - Hindistan vətəndaşı həlak olub. Daha 8 nəfər yaralanıb. Onlardan 4-ün vəziyyəti ağırdır. Yaralananlardan altısı Hindistan vətəndaşı, ikisi isə Ukrayna vətəndaşıdır.
Göyərtədə baş verən yanğınlar nəticəsində hər iki tankerə maddi ziyan dəyib.
Nazirlik qeyd edib ki, BƏƏ hadisəyə reaksiya vermək və ərazisini, vətəndaşlarını, sakinlərini və milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bu tankerləri niyə vurduğunu açıqlayıb.
SEPAH-ın iddiasına görə, hər iki tanker naviqasiya sistemlərini söndürərək boğazdan keçməyə çalışıb. Gəmilər Hörmüz boğazının təhlükəsizlik mərkəzinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb və bölgədə gəmiçiliyin təhlükəsizliyini risk altına salıb.
-
MDB10:02Rusiya alov içində: Ukrayna sərhədindən 1400 km məsafədə yerləşən nəhəng zavod vuruldu
-
Maraq dünyası09:24Nostradamusun 2026-nın ikinci yarısı ilə bağlı qorxulu proqnozları: Nə baş verəcək?
-
Sosial08:37Nəzarətsiz çimərliklərə üz tutanlar cərimələnəcək? - Açıqlama
-
Dünya08:10BƏƏ və SEPAH-dan Hörmüzdə hücuma məruz qalan gəmilərlə bağlı açıqlama - 1 ölü, 8 yaralı var
-
İdman06:46DÇ-2026-da iştirak edən futbolçuların reytinqi - Mbappe 2-cidir
-
Magazin103:43Nahidə Babaşlı ikinci dəfə ailə qurur - Foto
-
Yaxın Şərq02:18Tehrandan qisas hücumu: Küveytdəki ABŞ hədəfləri vuruldu
-
ABŞ01:40ABŞ İrana qarşı yeni zərbə dalğasına başladı




































