Nida Xəbər
Baş nazir Nardaranla bağlı QƏRAR İMZALADI
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, Nardaran tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan tarix və mədəniyyət abidələri Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunacaq.
Həmçinin qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin korlanması və ya məhv edilməsi, Mədəniyyət Nazirliyi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Bundan başqa, “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”nə yeni redaksiya verilib.
Həmçinin “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə” görə, Zonada yerüstü və yeraltı abidələrin korlanması və ya məhv edilməsi, İdarə ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
-
Region17:05Paşinyan: "Bu gün Azərbaycan Prezidentinə zəng etdim"
-
Yaxın Şərq16:57İran: Razılaşmaya çox yaxınıq!
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır










.jpg)











.jpg)





.jpg)








