Macarıstanda qarşıdurma: Parlament qəbul etdi, prezidentə 5 gün vaxt verildi
Bizi izləyin

Dünya

Macarıstanda qarşıdurma: Parlament qəbul etdi, prezidentə 5 gün vaxt verildi

Macarıstanda qarşıdurma: Parlament qəbul etdi, prezidentə 5 gün vaxt verildi

Macarıstan parlamenti prezident Tamaş Şulyokun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan konstitusiyaya dəyişikliklərini qəbul edib.

Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, qanun layihəsi 199 yerlik parlamentdə 139 lehinə, 6 əleyhinə səslə qəbul olunub.

Keçmiş Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “Fidesz” partiyası və onun müttəfiqləri səsverməni boykot ediblər.

Baş nazir Peter Madyar bildirib ki, Tamaş Şulyok qanunu beş gün ərzində imzalamasa, parlament onun vəzifədən kənarlaşdırılması proseduruna başlayacaq. Dəyişiklik qüvvəyə mindikdən sonra isə parlament 30 gün ərzində yeni prezidenti seçməlidir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm