Sosial
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
İdarədən Publika.az-a verilən məlkumata görə, Xaçmaz rayon sakini Hüseyn Məmmədovun idarə etdiyi VAZ markalı avtomobil Xaçmaz-Xudat yolunda, Qudyalçay çayı üzərindən keçən körpüdən çaya aşıb.
"Qəza nəticəsində sürücü xəsarət alıb. İlkin araşdırmalara görə hadisənin baş verməsinə səbəb sürücünün yorğun-yuxusuz halda sükan arxasında əyləşməsi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücülərə müraciət edərək, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.
Dəyərli sürücülərimiz, hər birimiz qəzanın bir anda baş verdiyinin fərqindəyik. Həmin zaman kəsiyinin arzuları yarıda qoymaması üçün sükan arxasında ayıq-sayıq olmağımız mühüm şərtdir!" - deyə məlumatda qeyd olunub.
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU


































.jpg)
