Dünya
Alimlərdən mühüm kəşf: Həyatın mənşəyinə dair yeni ipucu tapıldı - FOTO
Astronomlar ulduzlararası məkanda eritruloz adlı mürəkkəb şəkər molekulu aşkar ediblər. Alimlərin fikrincə, bu kəşf həyatın mənşəyini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Araşdırma zamanı İspaniyadakı radioteleskoplar vasitəsilə Süd Yolu qalaktikasının mərkəzinə yaxın yerləşən nəhəng qaz buludundan əldə edilən məlumatlar təhlil edilib. Teleskop siqnalları laboratoriya nümunələri ilə müqayisə olunaraq eritruloz qaz halında müəyyən edilib. Bu, indiyədək kosmosda aşkar edilmiş ən mürəkkəb şəkər növlərindən biri hesab olunur.

Arizona Universitetinin astrofiziki Erika Hamden bildirib ki, eritruloz birbaşa həyat üçün zəruri olmasa da, Yer üzündə həyatın yaranmasında mühüm rol oynadığı düşünülən digər bir şəkər formasına çevrilə bilir.
Araşdırmanın müəllifi, İspaniyanın Astrobiologiya Mərkəzinin astrofiziki İzaskun Ximenez-Serra isə qeyd edib ki, bu cür molekulların qalaktikanın digər bölgələrində də mövcud olması kainatın başqa yerlərində də həyatın yaranması ehtimalını gücləndirir. Onun sözlərinə görə, yeni kəşf Günəş sisteminin formalaşması üçün lazım olan əsas kimyəvi komponentlərin əvvəldən mövcud olduğu nəzəriyyəsini dəstəkləyən mühüm sübutdur.
Araşdırma “Nature” jurnalında dərc olunub.
Müəllif: Roza
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi



































