Sosial
Sosial sahədə birinci yarımilin yekunları açıqlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu ilin birinci yarımili ərzində əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində son illər sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində mühüm uğurların əldə edildiyini, bu irəliləyişlərin cari ildə də davam etdirildiyini vurğulayıb.
Nazir 2026-cı ilin əvvəlindən pensiyalarda növbəti artımlar edildiyini, ilk yarımildə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 368 mln. manat çox olmaqla 3 milyard 916 milyon manat vəsait yönəldildiyini bildirib. Ümumilikdə 2,2 milyon şəxsə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım ödənildiyi, sosial təminat növlərinin hər biri üzrə ödənilən vəsaitlərdə artımın olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, elektron sistemlər üzərindən göstərilən proaktiv xidmətlər davam etdirilərək daha da genişləndirilib. Bu ilin mühüm nailiyyətlərindən biri olaraq, Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu proaktiv və şəffaf, əlçatan, ədalətli və inklüziv xidmətlərinə görə BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
Dövlətimizin başçısının 19 mart 2026-cı il tarixli Fərmanı ilə tibbi sığorta sisteminin idarəedilməsinin daha təkmil və effektiv təşkilinə hədəflənən yeni mühüm islahat mərhələsinə keçilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi əsasında Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb.
Hazırda icbari tibbi sığorta üzrə xidmətlərin tam rəqəmsallaşdırılması işləri aparılır. Əsas prioritetlər icbari tibbi sığorta üzrə xidmətlər üçün göndərişlərin şəffaflığının və operativliyinin təmin edilməsi, əhalinin tibbi xidmətlərlə təminatı işinin keyfiyyətinin yüksəldilməsidir.
İşğaldan azad edilmiş ərazilərə - doğma yurdlarına köçürülən sakinlərin məşğulluğunun təminatı işləri cari ildə də davam etdirilərək daha da genişlənib. Sakinlərdən məşğulluğu təmin edilənlərin sayı 11,1 mini ötüb. 900-dən çox sakin isə özünüməşğulluq proqramına cəlb olunub. Əsas hədəf qeyd edilən ərazilərdə məşğulluq proqramlarının genişləndirilməsidir və işəgötürənlərlə sıx əməkdaşlıqda bu sahədə birgə işlər görülür. Birinci yarımildə DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün növbəti addımlar atılıb. Cari ilin yanvar ayında Tərtərdə, iyun ayında Neftçalada DOST filialları istifadəyə verilib və yeni DOST mərkəzlərinin, filiallarının açılması üçün də hazırlıq işləri aparılır.
İclasda Nazirliyin fəaliyyət sahələrində, habelə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilk yarımildə görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub, yeni hazırlanmış 86, habelə yenilənmiş 52 peşə və kvalifikasiya standartı təsdiq edilib.
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi






.jpg)

































