ABŞ anlaşma memorandumunu 42 dəfə pozub – İrəvani BMT-yə məktub yazdı
Bizi izləyin

Dünya

ABŞ anlaşma memorandumunu 42 dəfə pozub – İrəvani BMT-yə məktub yazdı

ABŞ anlaşma memorandumunu 42 dəfə pozub – İrəvani BMT-yə məktub yazdı

İran ABŞ tərəfindən anlaşma memorandumunun ən azı 42 dəfə ciddi şəkildə pozulmasını qeydə alıb.

Publika.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda bu barədə deyilir.

"İran İslam Respublikası ABŞ hökuməti tərəfindən İslamabad Anlaşma Memorandumunun açıq və əhəmiyyətli şəkildə pozulmasının 42 halını sənədləşdirib", - məktubda deyilir.

İran diplomatı qeyd edib ki, memorandum imzalandıqdan dərhal sonra və bu günə qədər ABŞ öz öhdəliklərini sistematik şəkildə pozub.

"Amerika Birləşmiş Ştatları təcavüzkardır, qurban deyil. Mülki şəxslərə və mülki infrastrukturlara qarşı qəsdən edilən hücumlar müharibə cinayətləri və insanlığa qarşı cinayətlər təşkil edir", - məktubda vurğulanır.

ABŞ və İsrail 28 fevralda İranla müharibəyə başladılar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzaladılar.

Daha sonra Doha və İslamabadın vasitəçiliyi ilə İsveçrənin Bürgenştok şəhərində memorandumun həyata keçirilməsi ilə bağlı ABŞ-İran danışıqları keçirildi.

Lakin 8 iyul gecəsi ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə edilən razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı hücumlara başladı.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm