Dünya
İran Amerika müdafiə sistemlərinə uyğunlaşdı
İran Amerika müdafiə sistemlərinə uyğunlaşıb və regiondakı ABŞ bazalarında yerləşən hərbi obyektləri məhv etmək gücündədir.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşr amerikalı rəsmilərlə həmsöhbət olub. Onlar iddia edirlər ki, İran raketləri yüksək sürətlə uçmaq və yerə yaxınlaşarkən manevr etmək qabiliyyətinə malikdir.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı daha əvvəl etiraf edib ki, İordaniyadakı iki Amerika hərbçisi İran tərəfindən ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumun qarşısını alarkən həlak olub.
İyunun 17-də ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını və yeni danışıqların başlanmasını nəzərdə tutan müvəqqəti memorandum imzalanmışdı. Lakin iyulun 8-də hücumlar yenidən başladıqdan sonra ABŞ prezidenti atəşkəsin qüvvədən düşdüyünü və İranla gələcək danışıqlar aparmaq niyyətinin olmadığını elan etdi.
Daha sonra İranın Ali Rəhbəri Müctəba Xamenei bəyan etdi ki, Birləşmiş Ştatların İranla qarşılıqlı anlaşma memorandumunu pozması Amerika prezidentinin imzasına olan etibarı sarsıdır.
Hüseyn İbadlı
-
İqtisadi gündəm09:00Son 25 ilin ən bahalı metalının ADI AÇIQLANDI
-
MDB07:47Güclü sualtı zəlzələ baş verdi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Övladı Xoşqədəmi sevindirdi - FOTO
-
Dünya04:14İran Amerika müdafiə sistemlərinə uyğunlaşdı
-
Magazin100:15"Qırmızı onkoloji xəstəliyi məhv edir, 100 yaşım olsa belə, qırmızı geyinəcəm”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çoxlarını heyran qoyacaqsınız
-
İdman18 İyul 23:36Everesti əlləri üzərində fəth edən Rüstəm Nəbiyev QƏZAYA DÜŞDÜ


































