Suriyada Əsəd rejiminin keçmiş komandiri saxlanıldı
Bizi izləyin

Dünya

Suriyada Əsəd rejiminin keçmiş komandiri saxlanıldı

Suriyada Əsəd rejiminin keçmiş komandiri saxlanıldı

Suriyada devrilmiş Bəşər Əsəd dövründə mülki şəxslərə qarşı müharibə cinayətlərində iştirak etdiyi və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil etdiyi bildirilən keçmiş komandir Kərəm Hafiz İbrahim saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istintaq zamanı İbrahimin müxtəlif hərbi birliklərdə xidmət etdiyi və Süveyda şəhərində artilleriya bölməsinə komandanlıq etdiyi müəyyənləşdirilib. Onun Dəra şəhərində mülki yaşayış məntəqələrinin artilleriya atəşinə tutulmasında iştirak etdiyi, daha sonra isə Homs və İdlib cəbhələrinə göndərildiyi qeyd olunub.

Nazirliyin məlumatına görə, İbrahim 6 mart 2025-ci ildə Əsəd rejiminə bağlı silahlı qruplarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı təhlükəsizlik konvoyuna qarşı hücumda iştirak edib. O, həmçinin təhlükəsizlik qüvvələrinə qarşı artilleriya hücumları təşkil etməyə cəhd göstərib.

Kərəm Hafiz İbrahim istintaqın tamamlanması və hüquqi prosedurların həyata keçirilməsi üçün səlahiyyətli orqanlara təhvil verilib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm