Dünya
Məzuniyyət əvəzinə pul almaq istəyənlərə - XƏBƏRDARLIQ
Məzuniyyəti pulla əvəz edib işləməyə davam etmək qanunla mümkün deyil. Lakin bəzi hallarda işçilər məzuniyyət günlərinə görə kompensasiya ala bilərlər.
Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, ekspert Mariya İvatkinanın sözlərinə görə, işdən çıxan zaman işçiyə toplanmış bütün məzuniyyət günlərinə görə kompensasiya ödənilməlidir.
O bildirib ki, bu, işçinin qeyd-şərtsiz hüququdur. İşçi əmək fəaliyyətini davam etdirirsə, yalnız 28 gündən artıq olan məzuniyyət günlərinin pulla əvəzlənməsi mümkündür. Bu qayda uzadılmış məzuniyyət hüququ olan müəllimlərə, tibb işçilərinə, alimlərə, əlilliyi olan şəxslərə və digər kateqoriyalara şamil edilir. Lakin bu halda qərarı işəgötürən verir.
Hamilə qadınlar, yetkinlik yaşına çatmayanlar və zərərli istehsalat sahələrində çalışan şəxslər üçün isə məzuniyyətin pulla əvəzlənməsinə icazə verilmir.
Ekspert əlavə məzuniyyət günləri toplanan şəxslərə məzuniyyəti hissələrə bölməyi də məsləhət görüb. Belə ki, məzuniyyəti cümə günündən bazar gününədək rəsmiləşdirməklə həftəsonu günlərinə görə də məzuniyyət ödənişi almaq mümkündür. Lakin əvvəlcə ən azı 14 günlük fasiləsiz məzuniyyətdən istifadə edilməlidir.
Müəllif: Roza
-
Səhiyyə05:15KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama/Video
-
Qoroskop01:40Günün ulduz falı: Romantik anlar yaşanacaq
-
Magazin201:20Şakira Messiyə müraciət etdi: Həmişə ürəyimdəsən
-
ABŞ00:45ABŞ-dan İrana növbəti hücum dalğası
-
İdman20 İyul 22:32Bu yaranın sağalması üçün vaxt lazım olacaq - Messidən kədərli paylaşım
-
Cənubi Qafqaz20 İyul 22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video
-
Hadisə20 İyul 21:39Qazaxda göldə boğularaq ölən ata və qızın fotosu
-
Elm və təhsil20 İyul 20:48DİM sədrindən ixtisaslaşma seçimi ilə bağlı xəbərdarlıq - Bunu etmək olmaz






.jpg)
.jpg)

.jpg)











.jpg)











