Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
Bizi izləyin

Dünya

Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar

Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar

Rusiya Avropadakı silah istehsal edən müəssisələrə qarşı sabotaj hücumları təşkil edir.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” Qərb kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Kreml NATO-nun qətiyyətini yoxlamaq məqsədilə müdafiə müəssisələrində təxribat törətmək üçün yerli cinayətkar qrupların üzvlərini cəlb edir.

Kəşfiyyat əməkdaşlarının fikrincə, hücumlar NATO-nun qarşılıqlı müdafiəni nəzərdə tutan 5-ci maddəsinin işə düşməsinə səbəb olmayacaq şəkildə diqqətlə planlaşdırılır.

Bu həftə Latviyada üç vətəndaş qonşu Estoniyada pilotsuz uçuş aparatları istehsal edən müəssisənin yandırılmasında şübhəli bilinərək saxlanılıb. Avqustun 15-də Ukraynaya silah tədarük edən Tallində yerləşən “Milrem Robotics” şirkətinin binasında yanğın törədilib.

Şirkət Ukrayna ordusu üçün pilotsuz yerüstü nəqliyyat vasitələri tədarük edən iki xarici istehsalçıdan biridir.

Bundan əlavə, yalnız bu ay İtaliya və Bolqarıstanda iri silah istehsalı müəssisələrində partlayışlar baş verib. İlin əvvəlində isə Ukrayna üçün dron və termal görüntü avadanlığı istehsal edən Çexiya zavodunda baş verən yanğın müəssisəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. Rusiya ilə əlaqəsi araşdırılan hadisə üzrə dörd şübhəli saxlanılıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm