Dünya
Pakistanda etiraz aksiyasında kamikadze hücumu: polis əməkdaşları və mülki şəxslər öldü - Video
Pakistanın Svat rayonunda etiraz aksiyası zamanı edilən kamikadze hücumu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bunu rayonun polis rəisi Ömər Xan açıqlayıb.
***
Pakistanın şimalındakı Svat rayonunda polis bölməsinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı kamikadze hücumu baş verib. Hadisə nəticəsində on üç nəfər ölüb, 22 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, polisdən verilən məlumata görə, bir nəfər insanların sıx olduğu yol ayrıcında yerləşən polis bölməsinə daxil olmağa cəhd edib, lakin əsas girişdə polis əməkdaşları tərəfindən saxlanılıb. Kamikadze daha sonra əynində olan partlayıcı qurğu ilə doldurulmuş jileti işə salıb.
Ölənlərdən 8-i polis əməkdaşıdır.
Qeyd edək ki, Əfqanıstanla həmsərhəd Xayber-Paxtunxva əyalətində yerləşən Svat rayonunda hakimiyyət orqanları Pakistan Talibanı Hərəkatı (TTP) tərəfindən həyata keçirilən getdikcə genişlənən silahlı qiyamla mübarizə aparır.
Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
-
Qoroskop00:27Günün ulduz falı: Güvəndiyiniz insanlar sizi yarı yolda qoya bilərlər
-
Kriminal2 Avqust 22:32Bakıda SSRİ bayrağı ilə yürüşə görə tanınmış şəxs həbs edildi - Foto
-
Hadisə2 Avqust 21:15Bilgəhdə 21 yaşlı oğlan dənizdə batdı, 3 nəfər xilas edildi - Yeniləndi
-
Magazin12 Avqust 18:36"Oynadığım obraz karmama çevrilib" - Əməkdar artist başına gələnlərdən danışdı
-
Enerji2 Avqust 17:51"OPEC+ yeddiliyi"ndən neft hasilatı ilə bağlı mühüm qərar
-
İdman2 Avqust 17:28İnfantino 30 milyon dollar maaş alacaqdı - Plan baş tutmadı...
-
Hadisə2 Avqust 16:43Səbail polisi tiktokeri saxladı - 8 sutka cəza aldı
-
Hadisə2 Avqust 16:25Müğənni Günəş saxlanıldı - Paylaşımlarına görə Psixiatriya xəstəxanasına göndərildi


















.jpg)







.jpg)







