İdman
İnfantino 30 milyon dollar maaş alacaqdı - Plan baş tutmadı...
FİFA prezidenti Canni İnfantino prezidentlik müddətini başa vurduqdan sonra “FIFA Forward Enterprise”ın komissarı vəzifəsini tutmağı planlaşdırırmış.
Publika.az xəbər verir ki, bu yeni qurum Dünya Kuboku da daxil olmaqla bir neçə turnirə ev sahibliyi etmək hüquqlarını başqasına ötürmək və payını xarici investorlara satmaq vəzifəsini daşımalı idi.
“The Times” qəzetinin baş müxbiri Martin Ziqlerin sosial media hesabında yazdığına görə, onun bu vəzifə üçün baza maaşı bonuslar xaric ildə 30 milyon dollar olacaqdı.
Daha əvvəl media orqanları FİFA prezidentinin yeni yaradılmış “FIFA Forward Enterprise” (FFE) şirkətindəki payını satmaq niyyəti barədə məlumat vermişdi. Yeni struktur federasiyanın kommersiya fəaliyyətini və turnir təşkilatını birləşdirmək üçün nəzərdə tutulmuşdu. Lakin sonradan bu təşəbbüsün funksionerlərin etirazları, boykot təhlükəsi və FİFA rəhbərliyi daxilində fikir ayrılıqları səbəbindən ləğv edildiyi barədə məlumatlar ortaya çıxdı.
Həmçinin bildirilib ki, İnfantinonun satış planı ona on milyonlarla funt sterlinq qazandırmaq potensialına malikdir. ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə danışıqlar aparılıb.
-
MDB09:50Ukrayna yüzlərlə dronla Rusiyanın bu vilayətinə hücum etdi - Yanğın var
-
Magazin109:46Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi
-
Ekologiya08:49Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
-
Nəqliyyat08:24Bakıda yağışlı günün mənzərəsi: bu küçələrdə tıxac var - Siyahı/Foto
-
Qoroskop01:20Günün ulduz falı: bunları etmək sizə mənəvi rahatlıq gətirəcək
-
Magazin17 Sentyabr 22:18“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib - Özü açıqladı
-
İdman7 Sentyabr 20:48Neymar, Messi və Suares yenidən bir komandada? - MSN planı gündəmdə
-
Ekologiya7 Sentyabr 20:12Yağışlı Bakıdan görüntülər - Video
























.jpg)


.jpg)




.png)





