Dünya
Bakıdakı gizli görüş iddiasına Moskvadan cavab: Rəsmi danışıqlar olmayıb
Rusiya ilə Almaniya arasında Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı heç bir rəsmi danışıqlar aparılmayıb.
Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.
Qaluzin qeyd edib ki, Moskva ilə Berlin arasında Ukrayna məsələsi üzrə rəsmi təmaslar nə olub, nə də hazırda var. O, bunun Almaniya rəhbərliyinin Rusiyaya qarşı “aqressiv ritorikası” və atdığı praktiki addımlarla əlaqəli olduğunu deyib.
Bununla yanaşı, Rusiya XİN rəsmisi iki ölkənin müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi görüşlərin keçirildiyini və bu təmasların davam etdiyini vurğulayıb.
Qeyd edək ki, "The Times" nəşri iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazıb. Nəşr qeyd edib ki, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığı tərk etdi
-
Ekologiya07:17Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - ROQNOZ
-
İdman06:46Həbib rəqiblərini belə sındırırmış: Qəfəsdə şeyx idim
-
Magazin206:16Çılpaq fotoları ilə şantaj edilən məşhur: “Amansız ittihamlar məni məhv etdi” - FOTO
-
İdman04:14Fransa millisinin oyunçusu PSJ-yə keçdi
-
Avropa03:43Yüzlərlə çılpaq velosipedçi Berlin küçələrində - VİDEO
-
İdman02:12Beşqat NBA çempionu vəfat etdi

































