Sosial
Yasamal rayon parkında axşam konserti keçirildi - FOTOLAR
Bakı Şəhər İcra Hakimiyyəti və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. Avqust ayının 8-dən etibarən Yasamal rayonunun Meşə tipli parkında sakinlər musiqi dolu axşam yaşayıblar.
Bu barədə Publika.az-a İH-dən məlumat verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ildə istifadəyə verilən Meşə tipli park Yasamal sakinlərinin ən çox üz tutduğu istirahət məkanlarından biridir. Dörd hektar ərazini əhatə edən parkın sahəsinin 70 faizi meşə zonasından ibarətdir. Ərazi yüksək səviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları hər yaşda olan ziyarətçilər üçün rahatdır. Aktiv istirahəti sevən sakinlər üçün əyləncə zonaları yaradılıb, müxtəlif idman qurğuları, uşaq meydançası, həmçinin söhbətgahlar quraşdırılıb, oturacaqlar qoyulub, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər.
Axşam konsertində sakinlərin bir araya gəldiyi bu məkanda estrada və xalq musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib, əsasən canlı ifalar və xalq mahnıları yaşlı nəslin nümayəndələri tərəfindən xoş qarşılanıb.
Musiqi proqramının hər həftə yenilənməsi və davam etdirilməsi nəzərdə tutulur.
-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar


































.jpg)