Dünya
Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, söhbət zamanı Türkiyə-ABŞ münasibətləri, eləcə də regional və qlobal gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ərdoğan İranla ABŞ arasında artan gərginlik fonunda diplomatik səylərin əhəmiyyətini vurğulayıb. O, Ankaranın tərəflər arasında sülhün təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcəyini bildirib.
Telefon danışığında Qəzzadakı vəziyyət və sülh prosesi də diqqət mərkəzində olub. Türkiyə Prezidenti Qəzzada sülh prosesinin ikinci mərhələsinə keçidin müzakirə edildiyi bir vaxtda İsrail rəhbərliyinin fələstinlilərə qarşı fəaliyyətlərinin intensivləşdiyini deyib.
Ərdoğan Türkiyənin regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini və Qəzzanın yenidən qurulmasına yönəlmiş addımları dəstəkləyəcəyini vurğulayıb.
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi






















.jpg)











