Dünya
ABŞ Asiyanı itirir: Yaponiya alternativ müdafiə formatları axtarır
Yaponiya və digər Asiya ölkələri ABŞ-ın Hind-Sakit okean regionunda əvvəlki səviyyədə öhdəliklərini uzunmüddətli perspektivdə qoruyacağına getdikcə daha çox şübhə ilə yanaşır.
Publika.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Yaponiyanın Vaşinqtondakı səfirliyinin keçmiş siyasi məsələlər üzrə xüsusi köməkçisi Yuki Tatsumi bildirib ki, ABŞ-Yaponiya ittifaqı Tokionun müdafiə siyasətinin əsas dayağı olaraq qalır. Lakin onun sözlərinə görə, hazırda bu istiqamətdə verilən vədlər getdikcə daha çox “boş sözlərə” çevrilir.
Tatsuminin fikrincə, Yaponiya ABŞ-ın regiondakı uzunmüddətli mövqeyindən narahat olan müttəfiqlər koalisiyasına rəhbərlik etməyə başlayır. Asiya ölkələri isə alternativ müdafiə əməkdaşlığı formatlarını nəzərdən keçirirlər.
ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimləri azaltması da Seul və Tokioda narahatlıq yaradıb. Vaşinqtonun diqqətini hazırda İranla bağlı artan gərginliyin yaşandığı Yaxın Şərqə yönəltməsi regiondakı müttəfiqlərin narahatlığını daha da artırıb.
Yaponiyanın 2026-cı ildə hərbi büdcəsini rekord səviyyəyə çatdırması və özünün sürətli reaksiya qüvvələrini yaratması da Tokionun ABŞ-dan asılılığı azaltmaq istəyinin göstəricisi kimi qiymətləndirilir.
Müəllif: Adəm
-
Rəsmi xronika15:57Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Cənubi Qafqaz14:42Paşinyandan kilsəyə zərbə: II Qaregin devriləcək - Yeni plan üzə çıxdı
-
Yaxın Şərq13:30İran ABŞ-ı hədələdi: Bu dəfə silahlarımız fərqli olacaq
-
ABŞ10:12ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi - Astronomik məbləğ
-
Hadisə09:35DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
-
Region09:28İstanbul yenə silkələndi: Bir-birinin ardınca zəlzələlər
-
ABŞ07:35Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan etdi
-
İdman06:16Roberto Karlos İslamı qəbul edib? – Həyat yoldaşımın namaz qıldığını görmək…




















.jpg)
















